Qazax sakini evində ölü aşkarlanıb.
Qerbxeber.com xəbər verir ki, Qazaxın Orta Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Əhliman Omarov yaşadığı evin çardağında asılmış vəziyyətdə aşkar edilib.
Şəxsin intihar etdiyi ehtimal edilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.