“Qazax Konserv Zavodu” ASC-nin ləğv olunduğu elan edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
Məlumatda görə, kreditorlar tələblərini 2 ay ərzində Qazax rayonu, Əliağa Şıxlinski küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
1998-ci ildə dövlət qeydiyyatına alınmış “Qazax Konserv Zavodu”nun nizamnamə kapitalı 1,158 milyon manat təşkil edirdi. “Azərsun Holdinq” MMC-yə məxsus müəssisə ötən ili 429 min manat zərərlə başa vurub.
Qeyd edək ki, oktyabr ayında Banker.az səhmdarların növbədənkənar ümumi yığıncağında “Qazax Konserv Zavodu” ASC-nin ləğv edilməsi məsələsinin müzakirə olunacağını yazmışdı.