Qazax Dövlət Dram Teatrının hazırladığı “Şəhid atası” tamaşası bu gün qazaxlı məktəblilər üçün nümayiş etdirilib.
Vətən Müharibəsinə həsr edilmiş tamaşa məktəbli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb.
Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.
Tamaşa oktyabr ayının 15-də qarşıdan gələn Müstəqilliyin Bərpası günü münasibətilə yenidən nümayiş etdiriləcək. Hər kəs dəvətlidir.