Qarşıdakı iki ayda ABŞ Suriyadakı qoşunlarını 500 nəfərə endirəcək
Birləşmiş Ştatlar şimal-şərqi Suriyadan hərbçilərinin çıxarılmasına başlayıb.
Qerbxeber.com “The New York Times” qəzetinə istinadən xəbər verir ki, yaxın zamanda Suriyada qalan amerikalı hərbçilərin sayı 500 nəfərə qədər azaldıla bilər.
Məqalədə qeyd olunur ki, ABŞ hərbi rəhbərliyi əlavə ixtisarların zəruriliyini 60 gün ərzində yenidən dəyərləndirəcək.
“Hərbi komandanlıq Suriyada ən azı 500 amerikalı əsgərin qalmasını tövsiyə ediblər”, – deyə mənbədə bildirilir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı