Aprelin 24-də Qazax rayonunun Qarapapaq kəndini su basıb. Səbəb kimi sel suları üçün kanalın sıradan çıxması göstərilir.
“Qərb Xəbər” reportyor qrupu məsələni araşdırmaq üçün hadisənin baş verdiyi kəndə üz tutdu. Daha doğrusu, su basmasından zərərçəkmiş umudovlar ailəsinə…
Qonşuları da zərər çəkib, amma onlar iddia edirlər ki, vaxtında duyuq düşməsələr, hadisə can tələfatı ilə nəticələnənə bilərdi. Evə daxil olanda sular altında qalmış əşyalar quruması üçün həyətə çıxarıldı. Bu mənzərəni ifadə etmək üçün qələmin gücü kifayətsizdir.
Ev sahibi Sədaqət Umudova bu cür danışdı.
Sonra problemi daha dərindən anlamaqda bizə kömək edən Ağköynək-Qarapapaq Kənd Bələdiyyəsinin üzvü Rafiq Muradov bildirir ki, kənddə suötürücü arxlar vaxtında təmizlənsə idi, vəziyyət bu qədər dərinləşməzdi.
Ətraflı videoreportajda.
Hazırladı: Vüqar Mehtizadə
Müxbir: Hikmət