Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Qerbxeber.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Qarabağ”ın rəqibi bəlli olub.
“Qarabağ” 1/8 final mərhələsində “Bayer”lə (Leverkuzen, Almaniya) qarşılaşacaq.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələri:
“Vest Hem” (İngiltərə) – “Frayburq” (Almaniya)
“Brayton” (İngiltərə) – “Roma” (İtaliya)
“Atalanta” (İtaliya) – “Sportinq” (Portuqaliya)
“Reyncers” (Şotlandiya) – “Benfika” (Portuqaliya)
“Liverpul” (İngiltərə) – “Sparta Praga” (Çex Respublikası)
“Vilyarreal” (İspaniya) – “Olimpik Marsel” (Fransa)
“Slaviya Praqa” (Çex Respublikası) – “Milan” (İtaliya)
“Bayer Leverkuzen” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Qeyd edək ki, “Qarabağ” və “Bayer Leverkuzen” qrup mərhələsində eyni qrupda mübarizə aparıb.