Şuşa, Hadrut və Xocavənddə elektromobillər üçün şarj stansiyaları fəaliyyət göstərir.
Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayında gördüyü işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, gələcəkdə “Azərişıq” özü də elektromobillərdən istifadə etməyi planlaşdırır: “Xüsusilə “Yaşıl enerji zonasında – yarımstansiyaların yaxınlığında bu cihazları quraşdırmaq asandır. Gələcəkdə bu ərazilərdə elektromobillər üstünlük təşkil edəcəyi üçün bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq”.