Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Qarabağda anti-Azərbaycan əməliyyatı başladı

3 ay ago
A A
x-s

Rusiya sülhməramlılarının Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağına qarşı etdiyi hörmətsizlik Azərbaycan ictimaiyyəti, habelə sosial şəbəkələrdə vətəndaşlar tərəfindən geniş şəkildə müzakirə edilir.

Xüsusilə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın dili ilə Kremlin “Laçın postunu açın” çağırışı, ardında 15 iyunda Laçın postunda rus hərbçilərinin Azərbaycan bayrağına qarşı davranışı cəmiyyətdə ciddi narazılıq yaratdı. Düzdür, Rusiya sülhməramlıları bundan öncə də bir çox neqativ hala yol verib, lakin iki il yarım ərzində bu cür qaba rəftarla gündəmə gəlməmişdi.

Maraqlıdır, nə baş verdi ki, ruslar bayrağımızı yerə atdılar? Moskvadan Laçın dəhlizi ilə bağlı çağırış niyə indi gəldi?
Rəsmi Bakı Kremlin çağırışına və bayrağımıza qarşı edilən hörmətsizliyə necə cavab verəcək?

“Qərb Xəbər” bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, rus hərbçilərinin Azərbaycan bayrağının dirəklə bir yerdən qopardılaraq aşırması əslində Kremlin ölkəmizə qarşı növbəti təxribatıdır:

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 6 iyul açıqlamasında demişdi ki, “Moskva Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək”.

Elxan Şahinoğlu

Görünür “Verdikləri reaksiya” bayraq dirəyimizin sökülməsi oldu. Zaxarovanın açıqlamasından bir gün sonra bayraq dirəyimizin aşırdılması görüntüsünün yayılması təsadüfi deyil. Mümkündür ki, elə bu istiqamətdə tapşırıq məhz Kremldən gəlib”.

Politoloq hesab edir ki, Rusiya bayraq dirəyimizi sökməklə, dövlət simvolumuza hörmətsizlik etməklə yanaşı Azərbaycanın öz ərazisində qayda-qanun yaratmaq hüququna qarşı da çıxmış oldu:

“Rusiya Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpa etməsinə mane olmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bu təxribata bəyanatla cavab verməli, Rusiyanın ölkəmizdəki səfiri XİN-ə çağrılaraq ona etiraz bildirilməlidir”.

Eynulla Fətullayev

Haqqın.az portalının rəhbəri Eynulla Fətullayev də özünün Feysbuk səhifəsində belə bir post paylaşıb. Jurnalist bunları qeyd edib: “Laçın-Şuşa yolu qapalıdır və Rusiya əsgərlərinin nəzarətindədir”.

Xatırladaq ki, E.Fətullayev hazırda Qarabağda səfərdədir.

Son xəbərlər

indir (21)

Erməniəsilli şəxs: “Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfə əsir düşəndə bu xalqın humanistliyinə şahid oldum”

26 Sentyabr 2023
651282746d01c651282746d01d1695711860651282746d01a651282746d01b

Göygöl kurqanlarında qədim dövrə aid qəbirlər aşkarlanıb

26 Sentyabr 2023
samvel-sahramanyan

Şahramanyan Bakıdan bunu xahiş etdi – Hraparak

26 Sentyabr 2023
xankendi-yenii

Bakıdan Xankəndinə növbəti humanitar yardım yola salınıb

26 Sentyabr 2023
d8a20bb8-50bb-37d3-a653-273fc1e181da_850

Səfir: “ABŞ-ı Ermənistanda anti-Rusiya ovqatını artırmaqdan çəkinməyə çağırırıq”

26 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.