Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
“Qərb Xəbər” bildirir ki, lider “Qarabağ” “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionundakı qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə başa çatıb – 3:2.
Hesabı 10-cu dəqiqədə Ağdam klubundan Musa Qurbanlı açıb. 23-cü dəqiqədə meydan sahiblərindən Runi Eva tarazlığı bərpa edib. 4 dəqiqə sonra Ramil Şeydayev qonaqları yenidən önə keçirib. 85-ci dəqiqə hesab növbəti dəfə bərabərləşib. Ehtiram Şahverdiyev fərqlənib. Ağdamlıların qələbə qolunu isə 89-cu dəqiqədə Bəhlul Mustafazadə vurub.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. 17 xalı olan “Turan Tovuz” isə 6-cı pillədə qərarlaşıb.