Azərbaycan çempionu “Qarabağ” dünən növbəti avrokubok matçına çıxıb.
“Qərb Xəbər”in məlumatına görə, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.
Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.
Oyunun ilk hissəsi qolsuz başa çatıb.
İkinci hissədə hücumlarının kəsərini artıran “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.
Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib.
Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.
Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.
Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
16 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) – 1:0
Qol: Andradi, 78