“Qarabağ” klubu Fransada “Marsel”ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə “Report”a Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi tribunadakı təxribat xarakterli bannerin qısa müddətdə stüardların müdaxiləsindən sonra yığışdırıldığını bildirib: “Tribunada Ermənistan bayraqları da var idi. Onlar çirkin əməllərindən geri qalmırlar. Biz bununla bağlı əvvəlcədən “Marsel”ə və UEFA-ya məlumat vermişdik. Stüardların müdaxiləsindən sonra bayraqlar da götürüldü. Matçdan sonra UEFA nümayəndəsinə və yerli kluba etirazımızı bildirdik”.
Qeyd edək ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.