İsrail ordusunun Xan Yunis şəhəri yaxınlığında mülki infrastruktura endirdiyi hava hücumları və artilleriya hücumları 13 mülki şəxsin ölümünə səbəb olub.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bununla da ərazidə bir gündə zərəçəkənlərin sayı 23-ə çatıb.
Agentliyin məlumatına görə, İsrail aviasiyası Xan Yunisin qərbində 4 evi vurub.
Şəhərin Əl-Nəmsəvi rayonunda bir neçə yaşayış binası da kütləvi atəşə məruz qalıb. Xan Yunisin qərbində və şərqində Batn əs-Səmin və Yeni Abasan ərazilərində artilleriya zərbələri endirilib.
Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 24 min 200-ü keçib, 61 mindən çox insan xəsarət alıb. Daha 8 min nəfər itkin düşmüş hesab olunur.