İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.
İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücüumu zamanı qadın jurnalist Ula Atallah ölüb. O, “Anadolu” agentliyinin keçmiş müxbiri olub. Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvlərinin də həyatını itirdiyi bildirilib.
Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu bildirilib.
Cebburun yerli “Media Eye Network”də işlədiyi bildirilib.
Qeyd edək ki, 7 oktyabrdan bəri ölən media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə yüksəlib.