Qəzza zolağında ölən israilli hərbçilərin sayı 430-a çatıb
Qəzza zolağında 7 oktyabrdan indiyə kimi ölən israilli hərbçilərin sayı 430-a çatıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) rəsmi saytında dərc edilib.
Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar nəticəsində ötən gün 8 hərbçi ölüb və bununla da ümumilikdə 430 israilli hərbçi həyatını itirib.