Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən gün Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zaman vəfat edən şagird barədə açıqlama verib.
İdarədən verilən məlumata görə, qəzada ölən şəxs paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinif şagirdi Göyüşov İsa Vüqar oğludur.
Qeyd edək ki, Göyüşov İsa əslən Qazax rayonunun Çaylı kəndindəndir və ötən gün Çaylı kənd qəbirstanlığında dəfn olunub.