Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Qərbi Azərbaycan İcması Roma Papasına məktub göndərib

4 ay ago
A A
eb8fc95a-7a51-31ef-9629-3540855a6ba1_850

Qərbi Azərbaycan İcması Roma Papası Fransisk həzrətlərinə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət edə bilmələrinə onun dəstəyini xahiş edib.

Müraciətdə deyilir:

“Zati-müqəddəsləri,

Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması adından ədalət və barışıq üçün Sizə ürək ağrısı ilə səmimi müraciət yazırıq. Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin tərəfindən böyük ədalətsizliklərə məruz qalmış azərbaycanlıların vahid səsini təmin etmək üçün 1989-cu ildə yaradılıb.

Xalqımızın acı tarixini böyük kədər hissi ilə Sizə nəql edirik. Ermənistan bütün azərbaycanlıları öz evlərindən zorla qovub, onların dini və mədəni ocaqlarını təhqir edib və dağıdıb. Bu qeyri-insani hərəkət təkcə beynəlxalq hüququ deyil, həm də sülh, birgəyaşayış və qarşılıqlı hörmət prinsiplərini pozur.

Ermənistanın azərbaycanlıları və digər etnosları öz ərazisindən qovmaqla mono-etnik məkan yaratması siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə birbaşa ziddiyyət təşkil edir. Ermənistanın bizim əsas hüquqlarımızı pozması və inkar etməsi bizi sonsuz əzablara düçar edir və davamlı sülh və barışıq perspektivlərinə mane olur.

Zati-müqəddəsləri,

Biz dinlərarası dialoq və barışığın yorulmaz müdafiəçisi kimi Sizə müraciət edirik. Sizin möhtərəm mövqeyiniz böyük mənəvi çəkiyə malikdir və biz təvazökarlıqla Sizdən azərbaycanlıların Ermənistanda qalmış evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət etmələrinə imkan verəcək etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində yardımınızı xahiş edirik. Xalqımıza öz irsi ilə yenidən qovuşmağa və onlar üçün dərin mənəvi əhəmiyyət kəsb edən yerlərdə dua etməyə imkan verən bu sadə akt şəfa və barışıq yolunda güclü bir addım olardı.

Zikr, fədakarlıq və barışığı təcəssüm edən qarşıdan gələn Qurban bayramı, bu məsələnin aktuallığına diqqəti çəkmək və Ermənistandan qovulmuş azərbaycanlılara dəstək və həmrəylik ifadə etmək üçün əlverişli məqamdır. Azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüquqlarını tanımağınız və müdafiə etməyiniz, oradakı müqəddəs ocaqlarımızı ziyarət etməyimizə kömək etməyiniz böyük əzab-əziyyətə düçar olmuş insanların qəlbinə təsəlli verməklə yanaşı, bölgədə sülhün və barışığın təşviqinə töhfə verərdi.

Əminik ki, Sizin möhtərəm müdaxiləniz Ermənistandan qovulmuş azərbaycanlılar üçün ədalətin bərpasına və insan hüquqlarının həyata keçirilməsinə böyük təsir göstərəcək. Məzlumların müdafiəsində əks-səda doğuran şəfqətli səsiniz müsbət dəyişikliklər və anlaşma və birgəyaşayış ruhunu inkişaf etdirmək üçün böyük çəkiyə malikdir.

Vətənə qayıtmaq arzusunda olan azərbaycanlılar adından bu mühüm işə göstərdiyiniz diqqətə görə dərin Sizə minnətdarlığımı bildiririk.

Qoy xalqımızı öz vətənində təhlükəsiz və ləyaqətlə yenidən yaşaya biləcəyi gələcəyə istiqamətləndirən sülh və barışıq arzusu qalib gəlsin”.

Son xəbərlər

1695099019_226303_cbj2hzlgr0

Rayonlarda hava dəyişəcək, duman olacaq

30 Sentyabr 2023
6517cdf3378156517cdf33781616960588676517cdf3378106517cdf337813

Şərafət Həsənov: “Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”

30 Sentyabr 2023
indir (28)

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

30 Sentyabr 2023
be2d6ccd-4064-3a15-a9a0-34bc7f079c61_850

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

30 Sentyabr 2023
images (2)

“Qarabağdakı Rusiya sülhməramlılarının taleyi sual altındadır” – Metyu Brayza

30 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.