Satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
“Qərb Xəbər” bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumatlar veriləcək.
Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Qazax rayonu | Qazax şəhəri, N. Nərimanov küçəsi 72A | yalnız kəsim |
Qazax şəhəri, N. Nərimanov küçəsi | yalnız satış |
Ağstafa rayonu | Ağstafa şəhəri, H. Arif küçəsi 40 | kəsim-satış (çadır) |
Gədəbəy rayonu | Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi | yalnız kəsim |
Yenikənd kəndi | yalnız satış | |
Novosaratovka kəndi | yalnız satış |
Tovuz rayonu | Tovuz şəhəri, Musa Musayev küçəsi | yalnız kəsim |
Qovlar şəhəri, Vağzal küçəsi | yalnız kəsim | |
Tovuz rayonu, Ceyrançöl ərazisi, “Tovuz Agro” MMC |
yalnız kəsim |
Şəmkir rayonu | Şəmkir şəhəri, 20 Yanvar küçəsi 35 | kəsim-satış
(çadır) |