Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 26 aprel 2022-ci ildə Şəmkir Heydər Əliyev Mərkəzində “Qərb bölgəsində açıq hökumət təşəbbüsləri və ictimai nəzarət fəaliyyətlərinin təşviqi” layihəsi çərçivəsində məlumatlandırma sessiyası həyata keçirilib.
Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətində maarifləndirmələr həyata keçirdi. Məlumatlandırma sessiyasının əsas hədəflərindən biri vətəndaş cəmiyyəti ilə bərabər ictimaiyyət nümayəndələrinin ictimai nəzarət istiqamətində aktivliyini artırmaqdır.
Məlumatlandırma sessiyasında ictimai nəzarət – dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu baxımdan nəzarətin səmərəliliyini və keyfiyyətini artırmaq üçün Şəmkir rayonunda da onun institusional fəaliyyətini genişləndirməyə dəstək vermək layihənin ümdə məsələlərindən biridir.
Məlumatlandırma sessiyaları zamanı qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması haqqında təlimçi və ekspertlər geniş məlumat verdilər. Rayon sakinlərinin hüquqlarının müdafiəsi yönündə səy göstərilməsini, beləliklə açıq hökumətin təşviqi və ictimai nəzarət sahəsində vətəndaş olaraq müəyyən işlər görmələri istiqamətində fikir mübadilələri aparıldı.
Ümumilikdə açıq hökumətin və ictimai nəzarətin təşviqi korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün institusional dəstəyin verilməsini vacib hesab edir. İştirakçılar çıxışlar zamanı təklif edirdilər ki, Qanunda göstərildiyi kimi, yerlərdə daimi ictimai müzakirələr və dinləmələr təşkil etməli, ictimai rəy öyrənməli, qəbul olunan qərarların ictimai müzakirəsi təşkil edilməlidir. Xüsusən cəmiyyətdə açıq hökumətin və ictimai nəzarətin təşviqi istiqamətində araşdırmalar aparmaq zəruri hesab olunur.
Məlumatlandırma sessiyaları zamanı onu da müəyyən edilib ki, İctimai Şura üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir.
Hesab edilir ki, layihə çərçivəsində açıq hökumətin və ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə Şəmkir rayonunda vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığının gücləndirilməsinə dəstək oluna bilər. Bu özlüyündə qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yaradar.
Xəbərə görə, məlumatlandırma sessiyasında ictimai nəzarət sahəsində geniş təcrübəyə malik Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Bilal Məmmədov, Müsahib Zeynalov və Aydın Budaqov iştirak ediblər.