Topaz Premyer Liqasında XX turun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib. “Qəbələ”nin hücumçusu Ceyms Adeniyi hesabat turunun ən yaxşısı olub.
O, “İnStat” şirkətindən ən yüksək reytinq alıb. Bu əmsala görə müəyyənləşən rəmzi komandada “Keşlə” və “Neftçi” daha çox – hərəyə 4 oyunçu ilə təmsil olunub. “Qəbələ”nin iki, “Zirə”nin bir üzvü də “11-lik”də yer alıb.
Qapıçı: Kamal Bayramov (“Zirə”)
Müdafiəçilər: Azər Salahlı (“Keşlə”)-3, Kiril Petrov (“Neftçi”)-4, Mamadu Mbodj (“Neftçi”), Cabir Əmirli (“Keşlə”)-2
Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”)-5, Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”)
Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”)-6
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.