Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Putinin xalqa müraciətinin tam mətni

3 ay ago
A A
putin77

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

Qərb Xəbər APA-ya istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Mən Rusiya vətəndaşlarına, Silahlı Qüvvələrin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının şəxsi heyətinə, indi öz döyüş mövqelərində vuruşan, düşmənin hücumlarını dəf edən, bunu qəhrəmancasına yerinə yetirən əsgər və komandirlərə müraciət edirəm. Mən hiylə və ya hədə-qorxu ilə kriminal avantüraya sürüklənən, ağır cinayət yoluna – silahlı qiyama sövq edilənlərə də müraciət edirəm.

Bu gün Rusiya neonasistlərin və onların ağalarının təcavüzünü dəf edərək, öz gələcəyi üçün ağır mübarizə aparır. Qərbin faktiki olaraq bütün hərbi, iqtisadi və informasiya maşını bizə qarşı yönəlib. Biz xalqımızın həyatı və təhlükəsizliyi, suverenliyimiz və müstəqilliyimiz üçün mübarizə aparırıq.

Xalqımızın taleyinin həll olunduğu bu döyüş bütün qüvvələrin birləşməsini, birliyi, konsolidasiyasını, məsuliyyətini tələb edir. Bizi zəiflədən hər şey kənara atılmalıyıq, xarici düşmənlərimizin bizi daxildən sarsıtmaq üçün istifadə edə biləcəyi hər hansı bir fitnəyə uymamalıyıq.

Buna görə də birliyimizi parçalayan hərəkətlər əslində xalqımızdan, indi cəbhədə vuruşan silahdaşlarımızdan dönüklükdür. Bu, ölkəmizin, xalqımızın kürəyinə vurulan zərbədir”.

Putin baş verənlərin 1917-ci il inqilabı ilə müqayisə edib. Onun sözlərinə görə, o zaman Rusiyanın Birinci Dünya müharibəsindəki qələbəsi oğurlanıb.

“Daxili intriqalar, çəkişmələr, ordunun və xalqın arxasınca aparılan siyasət ən böyük sarsıntıya çevrildi, ordunun məhvi və dövlətin dağılması, geniş ərazilərin itirilməsi ilə nəticələndi. Nəticədə vətəndaş müharibəsi faciəsi baş verdi.Bunun bir daha baş verməsinə imkan verməyəcəyik. Biz həm xalqımızı, həm də dövlətçiliyimizi istənilən təhlükədən qoruyacağıq. O cümlədən – daxili xəyanətdən.

Qarşılaşdığımız şey isə məhz xəyanətdir. Həddindən artıq ambisiyalar və şəxsi maraqlar xəyanətə gətirib çıxardı.

Yenə deyirəm, istənilən daxili təlatüm dövlətçiliyimiz üçün, bir millət olaraq bizim üçün ölümcül təhlükədir. Bu, Rusiyaya, xalqımıza zərbədir. Vətəni belə bir təhlükədən qorumaq üçün hərəkətlərimiz sərt olacaq. Xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı qiyam hazırlayan, şantaj yoluna, terror üsullarına əl atanların hamısı qaçılmaz cəzalarını çəkəcək, həm qanun qarşısında, həm də xalqımız qarşısında cavab verəcəklər.

Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlər alıb və hazırda Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilir. Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Vəziyyət çətin olaraq qalır, əslində mülki və hərbi hakimiyyət orqanlarının işi əngəllənir.

Mən Rusiyanın Prezidenti və Ali Baş Komandanı kimi, Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm.

Hərbi üsyanı təşkil edən və hazırlayan, silahdaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcəklər. Mən isə bu cinayətə sürüklənənləri ölümcül və faciəvi, bənzərsiz səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram.

İnanıram ki, biz özümüz üçün əziz, müqəddəs olanı qoruyub saxlayacaq, Vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq, daha da güclənəcəyik”, – müraciətdə vurğulanır.

Son xəbərlər

Dd90twbTI1Y4D3GcS3dN

Vətən müharibəsindən sonra 95 min hektardan çox ərazi minalardan təmizlənib

26 Sentyabr 2023
images (4)

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

26 Sentyabr 2023
933669

Hafiz Səfixanov: “İşğaldan azad olunmuş ərazilərdə minaların sayı həddən artıq çox və xaotikdir”

26 Sentyabr 2023
lachin-bayraq

Sırxavənddəki hərbi hissə nəzarətə götürüldü – Video

26 Sentyabr 2023
indir (21)

Erməniəsilli şəxs: “Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfə əsir düşəndə bu xalqın humanistliyinə şahid oldum”

26 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.