Gələcəkdə Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəni istisna etmək olmaz, lakin bu halda dünya heç kimin maraqlı olmadığı Üçüncü Dünya Müharibəsinin bir addımlığında olacaq.
Qerbxeber.com məlumatına görə, bunu Rusiya prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin seçki qərargahında deyib.
“Düşünürəm ki, müasir dünyada hər şey mümkündür. Amma mən deyirəm və bu hamıya aydındır ki, bu, Üçüncü Dünya Müharibəsinin tam miqyaslı başlamasına bir addımlıq olacaq. Məncə, çətin ki, kimsə bununla maraqlıdır”, – o əlavə edib.