Rusiya Prezidenti Vladimir Putin ABŞ-də yeni yardımın ayrılması ilə bağlı qərarın ləngiməsi və Avropa İttifaqının (Aİ) Ukraynanı silah satın alması üçün maddi vəsaitlə dəstəkləməyə davam edə bilməməsi səbəbindən yenidən bu ölkəyə qarşı müharibədə qələbəni qeyd etmək planlarına qayıda bilər.
“Qərb Xəbər” bildirir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Brüsseldə jurnalistlərə bildirib.
“Putin yarımçıq qoyduğu qələbə günü ilə bağlı planların tozunu silməyə hazırlaşır. Çünki Vaşinqtondakı müzakirələri, Avropanın Ukraynaya hərbi dəstək vermək məsələsində irəli gedə bilməməsini və cəbhədə ukraynalılara təzyiqlərin artmasını gördükdən sonra, məncə, məmnuniyyətlə yenidən planlaşdırmağa başlaya bilər”, – deyə Landsberqis bildirib.
Litvanın XİN rəhbəri onu da qeyd edib ki, hazırkı vəziyyətdə Rusiya ilə danışıqlar Ukraynanın əleyhinə olacaq.
“İstənilən növ atəşkəs və ya danışıqlar Moskvada qələbə gününə gətirib çıxaracaq. Putin bunu açıq şəkildə təkid edir. Elə bir gün gələ bilər ki, ukraynalılar bizim onları silahla təmin edə bilmədiyimiz üçün daha döyüşməyə bilərlər. Bu yolla Putinin qələbəsini təbliğ edirik. Açıq olmalıyıq, “qızıl orta” yoxdur. Atəşkəs olarsa, bu, Putinin qələbəsi olacaq”, – deyə o, əlavə edib.
Mənbə: unian.net