Fevralın 16-da Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı ehtimallar şişirdilmişdi. Əsas diqqət 20 fevral və ondan sonrakı günlərə verilməlidir.
Bunu, ABŞ Hərbi-dəniz Təhlili Mərkəzinin baş elmi işçisi Maykl Kofman deyib.
Mütəxəssis öz mülahizələrini dəstəkləmək üçün bir neçə faktoru qeyd edib: “Bəzi məlumatlara görə, Rusiya-Belarus hərbi təlimləri bu tarixlərdə başa çatmalıdır. Belarusun müdafiə departamenti bəyan etmişdi ki, təlimlərdən sonra bütün rus əsgərləri respublika ərazisini tərk edəcəklər. Bu, onların yalan danışıb-danışmadığını öyrənmək üçün
faydalı bir tarixdir”.
Daha bir vacib faktor Ukrayna prezidenti Vladimir Zelenskinin də
qatılacağı Münhen Təhlükəsizlik Konfransının başa çatmasını gözləməkdir: “Fevralın 20-də Pekin Olimpiadası da başa çatır və Putin Çin liderini narahat etməmək üçün bağlanış mərasiminə qədər işğala başlamayacaq”.
Xatırladaq ki, qədim Yunanıstanda olimpiya oyunları müddətində müharibələr dayandırılırdı.