Prokuror Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə dövlət ittihamçısı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə çıxışında elan edib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.