Növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək.
Mərkəzi Seçki Komissiyasından “Qərb Xəbər”ə verilən məlumata görə, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə 2024-cü il yanvarın 15-i saat 14:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında püşkatma keçiriləcək.