İnsidentdən öncə Azərbaycan-İran sərhədində tikilmiş hidroqovşaqlarının açılış mərasimidə İran prezidenti ilə görüşmüş Azərbaycan prezidenti İlham Əliyev sosial şəbəkədə “dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir” yazıb.
“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”, prezidentin sosial şəbəkə hesabında qeyd edilir.