Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.
“Qərb Xəbər”in məlumatına görə, səfər zamanı Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən 110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyasının açılışında da iştirak ediblər.
Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq sonrası Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarına və Zəfər yolu üzərində inşa edilən körpüyə baş çəkiblər.
Görülən işlərlə bağlı ölkə Prezidenti məlumatlandırılıb.