Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə aksiyaya toplaşan insanlara dəstək nümaiş etdirib. Qerbxeber.com xəbər verir ki, Prezident bu barədə özünün “X”dəki hesabında qeyd edib.
O, deyib: “Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı kütləvi dinc nümayişi baş tutdu. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər aparılır. Gürcüstan sovetləşmə ilə heç cür barışmayacaq”.