Portuqaliya və Litva Prezidentləri Ukraynaya səfər edib.
“Qərb Xəbər” xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda və Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa bu gün səhər qatarla Kiyevə gəliblər.
Litva Prezidenti səfəri ilə bağlı “Twitter” hesabında paylaşım edib.
“Ukraynanın Müstəqillik Gününü qardaş Ukrayna xalqı ilə birgə qeyd etmək üçün yenidən Kiyevdə. Ukraynanın qələbəsi yaxındır” – Prezident Nauseda bildirib.
Qeyd edək ki, bu, Portuqaliya Prezidentinin müharibə başlayandan bəri Kiyevə ilk səfəridir.
Xatırladaq ki, 23 avqust Ukraynanın Bayraq Günü, 24 avqust isə Müstəqillik Günüdür.