Polşa Belarusla sərhəddə elektron maneənin tikintisini başa çatdırıb.
Bu barədə “Qərb Xəbər” Polşa Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Nazirlik qeyd edib ki, elektron tikintinin uzunluğu 206 kilometrdir və 3 min ədəd gecə-gündüz görmə kamerası, termal görüntü aparatı və aşkarlama kabelləri ilə təchiz edilib.
Xatırladaq ki, ötən ilin yayında Belarusla sərhədin Podlasye hissəsində tikanlı məftillərlə 5,5 metr hündürlüyündə polad hasarın tikintisi başa çatdırılıb. Hasarın uzunluğu 186 kilometrdir. Elektron maneə mövcud olmayan sahələri də əhatə edir.