Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Politoloq: “Naxçıvanda tabeçilik prinsipi ciddi sürətdə pozulmuşdu”

4 ay ago
A A
63849ae2a383c63849ae2a383d166963478663849ae2a383863849ae2a383a

“Proseslər onu göstərir ki, Naxçıvanın statusu dəyişdiriləcək. Çünki Naxçıvanda Azərbaycan Konstitusiyasında nəzərdə tutulan dövlətin unitar quruluşu tamamilə gözdən çıxarılıb. Bu müddəaya əməl edilməyib”.

“Qərb Xəbər” bildrir ki, bunu Bakupost.az-a açıqlamasında politoloq Qabil Hüseynli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ləğvinə münasibət bildirərkən deyib.

“Naxçıvanda bir sıra qurumlara Bakıdan asılı olmayan geniş səlahiyyətlər veriblər və nəticə etibarilə Naxçıvanı idarə edən az savadlı bir adam orada qəbul edilməsi çətin olan çox ağır bir vəziyyət yaradıb. Bu fonda rüşvət, korrupsiya çiçəklənib, vəzifələrə və kommersiya strukturlarına yalnız dostluq, qohumluq əlaqələrinə uyğun gələn adamlar təyin edilib. Kifayət qədər strateji bir mövqedə yerləşən bir ərazimiz demək olar ki Bakının nəzarətindən çıxmaq üzrə idi.

Görülən tədbirlər nəticəsində Azərbaycanın mərkəzi hakimiyyətinin yerlərdəki təmsilçiliyi möhkəmləndirilir, onların statusu dəyişdirilir. Səhiyyə və Nazirlər Kabinetinin digər strukturlarında da ciddi dəyişikliklər olacaq. Naxçıvanda vəziyyətin idarəolunmaz vəziyyətə gəlib çıxmasında İranın da rolu var. İran uzun müddət idi ki, orada vəziyyəti qızışdırırdı”.

Naxçıvanda Bakıya mərkəzi tabeçilik prinsipinin ciddi sürətdə pozulduğunu deyən politoloq prosesin hələ iki-üç il bundan əvvəl başlandığını vurğulayıb:

“Naxçıvanda vəziyyətin gərgin olduğunu, bu proseslərin getdiyini iki-üç ildir hamı görür, ancaq niyə bu qədər gec hərəkətə keçildiyini demək mümkün deyil. Ola bilsin müharibə, pandemiya, müharibədən sonrakı vəziyyət mərkəzi hakimiyyət orqanlarını müəyyən qədər gec qərar verməyə vadar etdi. Amma vəziyyət elə bir yerə gəlib çatdı ki, burda proseslər nəzarət altına alınmasaydı, ölkə daha ciddi problemlərlə qarşı-qarşıya qalacaqdı. Ona görə də həbslər başlayıb, idarəetmə strukturlarının forması dəyişdirilir və konstitusiyanın unitar dövlət quruluşu haqqında müddəalarına ciddi riayət edilməklə bunlar həyata keçirilir. Ehtimal ki, bu fonda Naxçıvanın Muxtar Respublika statusu da Naxçıvan Muxtar Vilayəti statusuna qədər endirilə bilər. Amma bu, sadəcə, proqnozdur. Olub-olmayacağını gələcək göstərəcək”.

Son xəbərlər

indir - 2023-03-31T174319.818

Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

31 Mart 2023
6426dfe34963d6426dfe34963e168026928310391c1e91d56009f983810e6247d58a

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib

31 Mart 2023
konsulluq-aksiya

Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirilir

31 Mart 2023
photo_5273898533440833352_y

Ramazan ayında neca qidalanmalı- Həkim məsləhəti

31 Mart 2023
hava22

Aprelin ilk günündə hava necə olacaq?

31 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.