Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Politoloq – “ Mərkəzi Asiya rəqabət meydanına çevrilib”

7 ay ago
A A
PostSoviet_Regions_Map

Son vaxtlar keçmiş Türküstan dövlətləri ərazisində siyasi baxımdan bir hərəkətlilik baş verir. Beləki, birincisi Qazaxıstanda baş verən hadisələr, ardınca Qırğızıstanda sərhəd problemlərnin baş verməsi. Buna sonuncu olaraq Özbəkistanın tərkibində olan Qaraqalpaqıstan Muxtar respublikasında baş verən aksiylarla davam etdi.

 

Baş verənləri daha yaxından izləsək görərik ki, Qarabağ müharibəsi sonrasında türk dövlətlərində Rusiyaya qarşı bir mübarizə başlayıb. Bundan başqa Türkiyə və Azərbaycanın regionda olan ölkələrlə daha da yaxından əlaqələr qurması, hər iki dövlət başçılarının həmin ölkələrə müntəzəm səfərləri hərəkətliliyi artıran amillərdəndir.

42896038_1715340618575116_2865107446903341056_n

Poliqoloq Natiq Miri “QərbXəbər”ə açıqlamasında bildirib ki, Orta və Mərkəzi Asiya ölkələri geosiyasi rəqabət meydanına çevrilib: “Bu gün Postsovet məkanında olan əksəriyyət münaqişələr məhz separatizmlə bağlıdır. İstər Dnesteryanı, istər Ukraynada, istər Gürcüstanda və nəhayət Qarabağda bütün bunların hamısının yaradıcısı və prosesi idarə edəni məhz Rusiyadır. Növbəti hədəfdə Özbəkistandır. Hadisələr onu göstərir ki, bu Türk dövlətlərinin bütövlükdə Mərkəzi Asiya ölkələrinidə müəyyən təlatümlər gözləyə bilər. Qazaxıstanda, Özbəkistanda baş verən hadisələr bilavasitə bunu göstərir”.
Bundan başqa Natiq Miri Çinin Mərkəzi Asiya ölkələri üzərində olan təsirindən də danışıb: “Mərkəzi Asiyada iqtisadi və maliyyə cəhətdən çox ciddi təsir imkanları olan, qlobal gücə sahib Çini düşünün. Çünki bilirsiz ki, bu gün çox ciddi insvetsiya qoyan ən böyük ölkə məhz Çindir. Və buda Çinə imkan verir ki, həmin Mərkəzi Asiya ölkələrinə müəyyən mənəda təsir imkanlarına sahib olsun. Ən azından Qırğızıstına olunan təsir imkanlarını düşünün. Qırğızıstın bu gün demək olar ki, ümumi məhsulun böyük əksəriyyətini maddi cəhətdən Çinə borcludur. Bu borc bu gün qaytarıla bilmədiyi üçün Çin çox rahatlıqla geosiyasi və geoiqtisadi maraqlarını təmin edə bilir. Çünki Qırğızıstan üçün geriyə çəkilməyə imkan yoxdur”.

N.Miri çıxış yolunu Türk Birliyinin qurulmasında görür: “Bu vəziyyətdən çıxış üçün türk dövlətlərinin sığına biləcəyi ölkələr nə Qərb dünyası, nə Çin, nədə Rusiya deyil. Onların sığına biləcəyi yeganə birlik Türk birliyidir. Bu birlik getdikcə güclənərsə, Mərkəzi Asiyada digər güclər üçün çəkindirici, caydırıcı bir vəziyyət yaranacaq. Çünki ortada güclənmiş Türkiyə, Azərbaycan və bütövlükdə 300 milyona yaxın türk dünyasını görən istənilən bir güc ən azından bu dövlətlərdə təlatüm yaratmaq istəyərkən iki dəfə düşünmək məcburiyyətində qalacaqlar.”

Vüqar Mehtizadə
Qərb Xəbər

Son xəbərlər

imta

Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır

31 Yanvar 2023
63d9049f165e363d9049f165e4167516687963d9049f165e163d9049f165e2

Azərbaycanda metro və avtobuslarda gediş haqları qalxdı

31 Yanvar 2023
63d8fa42ee4d663d8fa42ee4d7167516422663d8fa42ee4d363d8fa42ee4d4

“Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

31 Yanvar 2023
photo_5389017796005972519_y

Yusifin saatı: Aşıq sənətini yaşadanlar Aşıq Samir Cəlaloğlu ilə

31 Yanvar 2023
ead64379-baa5-344f-aec4-2db0177e3b6c_850

FED uçot dərəcəsini nə qədər artıracaq?

31 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.