Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Politoloq: 1 iyul tarixində alternativ Laçın dəhlizinin açılışı reallaşacaq

1 həftə ago
A A
14767-11087534087

Son vaxtlar Laçın və Kəlbəcərdə aktivlik müşahidə edilir. Belə ki, iyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri intensiv atəşə tutub.

Bundan başqa iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bununla bağlı  “Qərb Xəbər“ə politoloq Ramil Məmmədli  danışıb. Onun sözlərinə görə, 1 iyul tarixində alternativ Laçın dəhlizinin açılışı reallaşacaq. “Yeni yolun açılması o deməkdir ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın şəhəri və ətraf ərazilər birbaşa Azərbaycanın nəzarətinə keçəcək. Bu da Ermənistan tərəfini ciddi narahat edir. Hətta, bununla bağlı təxribat xarakterli fikirlərin səsləndirilməsinin də şahidi oluruq”.

1598437062540325292_1200x630

Politoloq əlavə edib ki, ümumilikdə isə həm Kəlbəcər, həm də Laçın istiqamətində təxribatların baş verməsi birbaşa Ermənistan dövlətinin tapşırığı nəticəsində baş verir.

“Ermənistan belə düşünür ki, bölgədə nə qədər təxribat baş verərsə, qarşıdurma olarsa bu münaqişəyə beynalxalq ictimaətin baxış imkanları dahada  da artacaq. Azərbaycan tərəfi belə halların qarşısını alınması üçün siyasi iradə nümayiş etməlidir. Əgər, siyasi iradə göstərilməzsə, Qarabağda yeni münaqişə ocağının yaranmasına imkan yaradacaq. Bu proseslər bir dəfəlik öz həllini tapmalıdır ki, gələcək  nəsillər bu problemdən əziyyət çəkməsin”.

Rahib İsgəndərli

Son xəbərlər

460f3d0c-edf3-38f3-b503-cb9463d7ee41_850

Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib

01 İyul 2022
ilkin-suleymanov

Prezident İlkin Suleymanovu həbs edən hakimi işdən çıxardı

01 İyul 2022
indir (6)

Nazir: “Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”

01 İyul 2022
ccaac482-6c13-3267-8110-61d4b983f935_850

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

01 İyul 2022
hava

İyul ayına olan hava proqnozu açıqlanıb

01 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.