Dünya

“Politico”: Aİ ABŞ-a tariflərə yenidən baxa bilər

24 aprel / 09:33 1 dəq
67f677aa87a1167f677aa87a12174420573867f677aa87a0f67f677aa87a10
24 aprel / 09:33
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı ABŞ-a qarşı sərt cavab rüsumlarının tətbiqi, eləcə də ABŞ silahlarının alışını azaltmaq imkanlarını nəzərdən keçirir.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

“Politico”ya görə, əks tədbirlərə yeni silah təchizatı kanallarının yaradılması, Avropa hərbi-sənaye kompleksinin muxtariyyətinin artırılması və sair kimi addımlar daxil edilə bilər.

Həmçinin Brüssel ABŞ şirkətlərinin, banklarının fəaliyyətini məhdudlaşdıra, patentləri etibarsız hesab edə və ya şirkətlərin proqram təminatı yeniləmələrindən və ya yayımdan gəlir əldə etməsinə mane ola bilər.

Bundan əlavə, Almaniya, Fransa və Polşa da gələcək müdafiə müqavilələrini ABŞ-dan Avropa istehsalçılarına köçürməyi düşünür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı