Peyk fotoşəkilləri Ukraynanın paytaxtının şimalında Rusiya qüvvələrinin karvanının 65 kilometrə qədər uzandığını göstərir.
“Qərb xəbər” “Euronews”-ə istinadən xəbər verir ki,Maxar Technologies-in peyk görüntülərinə əsasən, zirehli texnika, tanklar, artilleriya və dəstək maşınlarından ibarət böyük karvan Kiyevin mərkəzindən 25 kilometr aralıda olub və təxminən 65 kilometr mil uzanıb.
Maxar fotoşəkilləri həmçinin Belarusun cənubunda quru qoşunlarının və quru hücum helikopterlərinin yerləşdirilməsini də əks etdirir.
Bu, Ukrayna prezidenti Volodimir Zelenskinin rus qoşunlarının Ukraynanı atəşə tutduğunu deyərək bunu bazar ertəsi keçirilən danışıqlar zamanı hökumətini güzəştə getməyə məcbur etmək cəhdi adlandırdığı vaxta təsadüf edir.
Bazar ertəsi axşam videomüraciətində Zelenski deyib ki, “danışıqlar ərazilərimizin, şəhərlərimizin bombalanması və atəşə tutulması fonunda gedirdi. Atışmaların danışıqlar prosesi ilə sinxronlaşdırılması göz qabağında idi. Hesab edirəm ki, Rusiya bu sadə üsulla (Ukraynaya) təzyiq göstərməyə çalışır”.