Iran israil
CNN: İsrail-İran müharibəsi iki il çəkə bilər
Straße von hormuz
İran Hörmüz boğazını bağlarsa,dünya neft bazarı çalxalanacaq-TƏCİLİ
Rafael qrossi
Qrossi: Münaqişə davam edərsə və nüvə obyeklərinə zərbələr ardıcıl olarsa,radiasiya sızması qaçılmaz olacaq
Kallas
Aİ sabah İranla bağlı müzakirələrə başlayacaq-KALLAS
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Peşəkar media vətəndaş jurnalistikasından necə faydalana bilər?

6 il ago
A A
Rovsan aliyev

Rövşən Əliyev, media eksperti

Siz Azərbaycanın ana axın mediasına nəzər yetirin. Maddi-texniki təminat sarıdan nələri yoxdur? Ancaq niyə izləyci sayına görə bəzən adi bir bloqa uduzurlar? Niyə yüzlərlə işçisi olan və efir dalğası olan TV kanalları bəzən bir-iki nəfərin açdığı onlayn kanal qədər izlənilmir?

Onda sual verək: Həmin TV kanallarının hansının saytında verilişlərə şərh yazmaq olur? Hansında əks əlaqə var? Hansında auditoriyanın iştirakı var? Məsəl üçün, İctimai TV-nin, AzTV-nin saytları. Orda əks əlaqə, interaktivlik nə səviyyədədir? Hansı verilişə şərh yaza bilirsiniz, hansı xəbərlə bağlı saytda diskussiya aça bilirsiniz?

Yaxud özəl sayıla biləcək “Real TV”ni götürək. Orda “Şərhsiz” adlanan bölmə var. (“Euronews” kanalındakı kimi). Bəs qalan şərhli bölmələrdə auditoriyanın da şərhi olurmu? Müəllifin çıxardığı nəticəyə qarşı əks-arqument gətirməsinə tamaşaçının imkanı varmı?

Milli Məclisin qəzetini (“Azərbaycan”) götürək. Orda əks əlaqəni, audtoriyanın iştirakını görürsünüzmü? Aylarla qabaq getmiş yazılara baxıram. Əks əlaqə üçün heç bir alət yoxdur. Yalnız paylaşmaq üçün sosial plaqinlər qoyulub. Bu plaqinlərdən belə görünür ki, aylarla öncə yayımlanmış yazılara reaksiya sıfırdır. Auditoriyanın mediada iştirakı redaksiyaya gəlib 100 manat verib başsağlığı yazdırmaqdırmı?

Çatışmayan nədir? İştirakçılıq. Vətəndaş jurnalisitkası.

Vətəndaş jurnalistikası məlumatların toplanması, analizi, zənginləşdirilməsi və yayılması prosesində auditoriyanın iştirakına deyilir. Başqa sözlə desək, vaxtilə auditoriya, yəni tamaşaçı, oxucu, dinləyici adlanan adamlar indi xəbərçilik prosesinə qoşulmaq üçün alət əldə ediblər və bir-birinə xəbər çatdırırlar. Bu yeni fenomen ayrıca xəbər resursuna da çevrilə bilər, ənənəvi medianın “həyətyanı sahəsi”nə də. Ancaq ənənəvi medianın bu fenomenlə hesablaşmaması ona baha başa gəlir. Vətəndaş jurnalistləri ilə düzgün iş quran media zənginləşir, qura bilməyən uduzub sıradan çıxır.

Vətəndaş jurnalistikasının yaratdığı yeni şəraitlə hesablaşmayan media istəyir yüz dəfə loqosunu dəyişsin, saytının dizaynını yeniləsin, ölkənin bütün başsağlığı pullarını yesin – xeyri yoxdur, ölümə məhkumdur.

Azərbaycanda, əsasən icra hakimiyyətinin nəzarəti altında formalaşan ana axın mediası Web 1.0. dövründən prinsipcə fərqlənmir. Maddi-texniki imkanları genişdir, ancaq mahiyyətcə Web 2.0 dövrünə keçməyib.

Bu iki dövrün əsas fərqi nədir? Xəbərlərə, verilişlərə şərh yazmaq niyə belə əhəmiyyətlidir?

Gəldik çıxdıq vətəndaş jurnalistikasının ibtidai dövrlərinə. İnternetin ilk baxışda iki üstünlüyü vardı: nəşr məmulatı kimi qala bilən idi, radio, TV kimi tez çatdıran. Bu üstünlüyə baxmayaraq Web 1.0 birtərəfli əlaqə idi. İnternet prinsipcə yeni alət kimi ortaya çıxmışdı, ancaq əvvəlki alətlər kimi yalnız məlumatı redaksiyadan auditoriyaya çatdırırdı (1994-2000). Auditoriya istehlakçı idi. Yeni texnologiya kimi böyük miqdarda sərmayə cəlb eləmiş internet şirkətləri qəfildən çökdü. Buna “dot-com crash” deyirlər. Məsələnin sərmayə mühiti və biznes tərəfini bir qırağa qoyaq, jurnalistikaya baxış tərəfini incələyək. Problem və çöküşün səbəblərindən biri əks əlaqənin olmaması və ya zəif olması idi.

Sonrakı dörd il, yəni 2000-2004 iştirakçı və ya sosial vebin meydana çıxması dövrüdür. Bu dövrü gətirən texnologiyaya Web 2.0. deyilir. (Biznesdə bir az fərqli tərəfləri də var, bundan danışmayacağıq). Yəni bu dövrdə auditoriya və resurs sahibləri qarşılıqlı kontent yaratmağa başladılar. (Hərçənd interneti icad eləyən Böners-Li Web 2.0. termini ilə razılaşmır, internetin elə əvvəldən kollaborativ media kimi nəzərdə tutuduğunu deyir.)

Qısası, vətəndaş jurnalistikası Web 2.0.-dən sonra ayağa durub, onun yaşı artıq 15-i keçir. Və gördüyümüz kimi, Azərbaycan ana axın mediasında o hələ də ayağa durmayıb. Ən azından ana axın mediası vətəndaş jurnalistikasından faydalanmağı bacarmır.

Elə müstəqil mediada da vətəndaş jurnalistikasının gücündən, yeni alətlərdən tam istifadə olunmur. Yadınızda olar, Mediaforum.az saytı 2015-ci iləcən fəaliyyət göstərdi, ancaq orda forum komponenti yox idi.

Sosial media ilə xəbər mediası arasında əlaqə bu cür qurulanda normal olur: ənənəvi media xəbəri tapır, dəqiqlədirir, üstündə işləyir, vətəndaş jurnalistikasından istifadə eləyib zənginləşdirir, auditoriyaya çatdırır, diskusisyalara təkan verir. Vətəndaş jurnalistikası xəbərzənginləşdirmə, sosial media isə xəbəryayma və diskussiya mərhələsində işə qoşulur. Azərbaycanda əksinədir. Bir çox xəbər saytı “Facebook”da paylaşılan fikirləri, rəyləri “xəbərə” çevirirlər, saytda dərc edib onun linkini həmin statusun şərh bölməsinə yerləşdirirlər. Bəzən elə olur ki, saytlar arasında yarış gedir: kim bu statusdan birinci xəbər düzəldib xəbərin linkini atacaq. Məsəl üçün, bu ilin martında deputat Adil Əliyev “Facebook”da bir status yazaraq “Diqlas” Ticarət Mərkəzinin onun qardaşı general Məhərrəm Əliyevə aid olmadığını demişdi. Bunun ardınca saytlar sanki yarışa girdilər. Həmin statusun şərh bölməsində belə bir mənzərə alındı:

Gördüyünüz, həmin “yarışa” qatılan saytların hamısı deyil: Newscenter.az, Peport.az, Moderator.az, Yenigundem.az, Rezonanspress.az saytları da bu işi təkrarladılar.

Vətəndaş jurnalistikası xəbər mediasında şərh yazmaq imkanından başladı, bloqqerliyə, vloqqerlyə gəlib çıxdı. Yəni müstəqil qolları yarandı.

Xəbərlərə şərh yaza bilmək vətəndaş jurnalistikasında birinci addımdır. Şərhlərin çoxu yeni kontent əlavə eləməsə də, ara-sıra jurnalistlərin gözdən qaçırdığı nüansları da mövzuya əlavə eləyir və mövzunun işıqlandırılmasını gücləndirir. Bəzən redaksiya həmin nüanslar arasında daha ciddilərini seçib mövzunu davam elətdirir.

İkinci addım seçilmiş oxucuların, ictimaiyyət nümayəndələrinin işıqlandırılan mövzuya əlavələr eləməsinə imkan yaradılması oldu. Məsəl üçün, hansısa ərazidə bir xuliqanlıq hadisəsi qeydə alınır. Bu haqda jurnalist xəbər verəndən sonra imkan yaradılır ki, həmin ərazidə zərər çəkənlər, hadisəyə şahid olanlar gördüklərini, bildiklərini yazsınlar. Bu materiallar toplandıqdan sonra xəbər otağı başqa rəsmi mənbələrlə də əlaqə yaradıb deyilənləri tutuşdurur, ortaya geniş bir mənzərə çıxır.

Bəzən də hadisə haqda jurnalistlərdən qabaq yerdəkilər xəbər verirlər. Dəfələrlə oub ki, atışma, girov götürmə, təbii fəlakət haqda ilk dəfə hadisə yerindən kimsə tvit atıb, sonra ictimaiyyət bundan xəbər tutub.

Üçüncü addım (buna açıq mənbə də deyirlər). Jurnalistlər bir material hazırlayacaqlarını, yaxud müsahibə götürməyə gedəcəklərini elan edirlər. Fəallardan, auditoriyadan hansı sualların verilməsini istədiklərini soruşurlar. Auditoriyadan təkliflər, hətta əlavə bilgilər gəlir.

Dördüncü addım. Jurnalist materialın ilkin versiyasını nəşr edir, sonra aldığı reaksiyalara, auditoriyadan gələn yeni məlumatlara uyğun olaraq materialın yekun versiyasını hazırlayır.

Beşinci addım. Bloqlar. Bloqların da iki növü var. Bir var xəbər mediasının özü bloq bölməsi açır və güvəndiyi oxucularla, vətəndaşlarla anlaşır, onlar kontenti zənginləşdirirlər. Bu işi redaksiyada çalışanların özləri də görürlər. Bir də var ayrıca bloq platformaları olur, istifadəçi öz yaradıcılığını auditoriyaya çatdırmaq üçün orda profil yaradır, səhifə açır. Bu daha çox müstəqil yaradıcılıq formasıdır. Bəzi bloqlar məşhurluğuna görə xəbər mediası ilə yarışa da bilir.

Getdikcə xəbər mediası vətəndaş jurnalistikasına daha ciddi yanaşmağa başladı, bəziləri oxucu-dinləyici-seyrçi kütləsinə əlavə məkan da ayırdı. Məsəl üçün, CNN-dəki “iReport” kimi.

Dijital landşafta keçəndən sonra ənənəvi medianın oyun qaydalarını dəyişməkdən başqa çarəsi qalmır: istifadəçinin yaratdığı kontentlə zənginləşməli və sosial media alətlərindən istifadə eləməli. Artıq adamların əksəriyyəti məlumatı onlayn alır və müzakirəni burda aparır. Xəbər dəyərliliyi siklinin hər üç mərhələsində (araşdırma, xəbərləmə və diskussiya) onlayn sosial alətlər və vətəndaş jurnalistikası öz gücünü artıq göstərib. Məsəl üçün, 2010-cu ildə İrandakı etirazları ana axın mediası işıqlandırmasa da vətəndaş jurnalistikası, sosial media bu işi görə bildi. Belə ölkələrdə sosial media ənənəvi medianı, vətəndaş jurnalistləri peşəkar jurnalistləri tamam kölgədə qoyur.

Source: Novator.az
Via: Rövşən Əliyev

Son xəbərlər

Putin (1)

Putin İsrailin İrana hücumunu əsasız və səbəbsiz təcavüz adlandırıb

23 İyun 2025
Qırmızı korpu

Azərbaycanda xüsusi karantin rejiminin vaxtı yenidən uzadıldı

23 İyun 2025
Trump Reigan

ABŞ-ın İrana cavab planı bəlli oldu

23 İyun 2025
Tramp yeni

Tramp Medvedyevin cavabını verdi

23 İyun 2025
Mark rutte, 2017

Mark Rutte: Ukrayna gələn il 35milyard avrodan artıq yardım alacaq

23 İyun 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.