Pentaqon: Baydenin dövründə ABŞ-nin Ukraynaya yardımı 51 milyard dollara çatıb
Co Baydenin prezidentliyi dövründə ABŞ-nin Ukraynaya yardımının həcmi 51,3 milyard dollara çatıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsi başlayandan transfer edilən yardımın həcmi 50,6 milyard dollar təşkil edib.
Bundan öncə Bayden bəyan edib ki, Vaşinqton Kiyevə 400 milyon dollar dəyərində yeni hərbi yardım verəcək.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı