“Son vaxtlar siyasi sahədə bir tezis gəzir ki, Nikol Paşinyan Qarabağın təhvil-təslimindən sonra yaranmış bu gərginliyi aradan qaldırmaq üçün yeni yol fikirləşib: növbədənkənar seçkilərə getmək”.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
“Paşinyan bir neçə məsələni eyni vaxtda həll etmək qərarına gəlib. Belə ki, mövcud narazılığa baxmayaraq, o, bir daha öz səlahiyyətlərini qanuniləşdirəcək və uzadacaq.
Nikolun növbədənkənar seçkilərə getmək niyyətini son vaxtlar partiyanın idarə heyəti ilə tez-tez görüşlər keçirməsi də təsdiqləyir. O, əhvali-ruhiyyəni yoxlamaq və növbədənkənar seçkilərə getmək məsələsini müzakirə etmək üçün danışıqlar aparır”, – nəşr qeyd edib.