Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
Qerbxeber.com xəbərinə görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov deyib ki, Nikol Paşinyan Moskvaya mayın 8-də səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək.
Paşinyan eyni zamanda, həmin tarixdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının samitinə sədrlik edəcək.