Ermənistan Baş naziri Nikol Paşinyan İstanbulda Türkiyədəki erməni icmasının nümayəndələri ilə görüşüb.
Qerbxeber.com Teleqraf -a istinadla xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Türkiyəyə səfər edib. Ermənistan Baş naziri bu gün axşam saatlarında İstanbulda Dolmabahçe sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və parlament sədrinin müavini, Ermənistan-Türkiyə normallaşması prosesində Ermənistan Respublikasının xüsusi nümayəndəsi Ruben Rubinyan da daxildir.