Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfəri başlayıb.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Paşinyanı Batumi beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.
Bu gün Paşinyanla gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında görüş planlaşdırılır.