Avropa Parlamentinin dünən qəbul etdiyi qətnamə Ermənistanın gələcək istiqamətini müəyyən etmək üçün geniş ictimai müzakirə mövzusu olmalıdır.
Qerbxeber.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.
Paşinyan çıxışı zamanı hakimiyyətin Ermənistan-Avropa İttifaqı münasibətlərini daha da dərinləşdirmək iradəsinin olduğunu açıqlayıb.