Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Partiyaların qəbul etdikləri ianə barədə məlumatların MSK-ya təqdim edilməsi qaydası müəyyənləşib

2 ay ago
A A
79352f6c-0f38-3e99-b1d1-834e18aa081c_850

Siyasi partiyaların qəbul etdikləri ianə barədə məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi qaydası müəyyənləşib.

“Qərb Xəbər”in xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla qayda seçkilər dövründə siyasi partiyanın xüsusi seçki (referendum) hesabına köçürülmüş könüllü və ya digər əmlak şəklində qəbul edilən ianələrə şamil edilməyəcək.

Qaydanın məqsədləri üçün aşağıdakılar ianə hesab olunur:

1. pul və ya digər əmlak şəklində verilən vəsait;

2. Qanunun 24.4.1-ci maddəsinə uyğun olaraq bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi;

3. Qanunun 24.4.2-ci maddəsinə uyğun olaraq öhdəliyin zamin tərəfindən icrasına, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri);

4. üzvlük haqqının məbləğindən artıq ödənişlər.

Şəxsin bir və ya bir neçə siyasi partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir. İanənin dəyərinin bazar qiyməti ilə müəyyən edilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçirilir.

Qanunun 23.7-ci və 24.1-ci maddələrinə uyğun olaraq ianə edilən pul vəsaiti yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə Azərbaycan Respublikasının vətəndaşlarından qəbul edilir. 1.6. Qanunun 24.6-cı maddəsinə uyğun olaraq barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Siyasi partiyalar tərəfindən qəbul edilmiş ianə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar həmin ianənin Qanunun tələblərinə uyğun qəbul edilməsi barədə Mərkəzi Seçki Komissiyasının yazılı məlumatı əsasında aparılır.

Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

İanə barədə məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi qaydası da müəyyənləşib.

Siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən 10 (on) gündən gec olmayaraq, bu barədə aşağıdakı məlumatları Mərkəzi Seçki Komissiyasına bu Qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməklə təqdim edir:

– ianə qəbul edən siyasi partiyaya münasibətdə: 1. siyasi partiyanın adı, qərargahın yerləşdiyi yer (hüquqi ünvanı), VÖEN-i;

– siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;

– ianə verən Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən 4 sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;

– qəbul edilən ianəyə münasibətdə:

– qəbul edildiyi tarix;

ianənin məbləği, əmlak olduğu halda tərkibi, bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi, habelə öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).

Ərizə ianəni qəbul edən siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir.

İanə pul vəsaiti şəklində olduqda ianənin siyasi partiyanın bank hesabına köçürüldüyünü təsdiq edən sənəd, ianə bu Qaydanın 1.3.1-1.3.4-cü yarımbəndlərində qeyd olunan digər formalarda qəbul edildikdə isə müvafiq təsdiqedici sənədlər ərizəyə əlavə edilməlidir.

Siyasi partiya tərəfindən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar olunduqda, Mərkəzi Seçki Komissiyası həmin sənədlər daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində onların aradan qaldırılması üçün sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir.

Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 5 (beş) iş günü müddətində aradan qaldırılmadıqda, Mərkəzi Seçki Komissiyası müraciətin baxılmamış saxlanılması haqqında məlumatı sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir. Çatışmazlıqları aradan qaldırdıqdan sonra siyasi partiya tərəfindən Mərkəzi Seçki Komissiyasına yenidən ərizə ilə müraciət edilə bilər.

İanə barədə Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq məlumatın verilməsi qaydası da müəyyən olunub.

Mərkəzi Seçki Komissiyası bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş ərizə və sənədlər təqdim edildikdən sonra 10 (on) gün müddətində həmin sənədləri siyasi partiya tərəfindən ianə qəbul edilərkən Qanunun 23.2-ci, 23.7-ci və 24-cü maddələri ilə müəyyən edilmiş tələblərə riayət olunması baxımından araşdırır. Həmin 5 məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda bu müddət 15 (on beş) günədək uzadıla bilər.

Siyasi partiya tərəfindən ianənin bu Qaydanın 3.1-ci bəndində qeyd olunan tələblərə uyğun olaraq qəbul edildiyi müəyyən edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya bu barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verilir.

Siyasi partiya tərəfindən qəbul edilmiş ianə bu Qaydanın 3.1-ci bəndində qeyd olunan tələblər pozulmaqla qəbul edildikdə, habelə ərizədə və ona əlavə edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya və ianə üzrə əməliyyatı həyata keçirmiş müvafiq banka ianənin Qanunun tələbləri pozulmaqla qəbul edilməsi barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verilir. Bu halda siyasi partiya Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 30 (otuz) gün müddətində ianəni geri qaytarmalı, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməlidir.

Son xəbərlər

1695099019_226303_cbj2hzlgr0

Rayonlarda hava dəyişəcək, duman olacaq

30 Sentyabr 2023
6517cdf3378156517cdf33781616960588676517cdf3378106517cdf337813

Şərafət Həsənov: “Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”

30 Sentyabr 2023
indir (28)

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

30 Sentyabr 2023
be2d6ccd-4064-3a15-a9a0-34bc7f079c61_850

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

30 Sentyabr 2023
images (2)

“Qarabağdakı Rusiya sülhməramlılarının taleyi sual altındadır” – Metyu Brayza

30 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.