Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, 150 insan yaralanıb.
Qeyd olunub ki, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Vurğulanıb ki, partlayış zamanı məsciddə 500-ə qədər adam ola bilərdi.
Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.