Dünya

Pakistan Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasının vaxtını uzadıb

24 may / 10:37 1 dəq
Indir 2025 05 24t103618.996
24 may / 10:37
Burada sizin reklamınız ola bilər

Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Pakistanın “Dawn” portalı məlumat yayıb.

“Hindistan təyyarələrinin Pakistanın hava məkanından istifadəsinə qoyulan qadağa iyunun 24-dək uzadılıb”, – Pakistan Hava Limanları İdarəsinin bəyanatında qeyd olunub.

“Hindistan aviaşirkətləri tərəfindən həyata keçirilən reyslərin Pakistan hava məkanında həyata keçirilməsinə icazə verilməyəcək”, – məlumatda bildirilib.

Aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı