Özbəkistan Ali Məclisinin Senatı Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Özbəkistan Senatı məlumat yayıb.
Senatın altıncı plenar iclasında 23 avqust 2024-cü il tarixində Daşkənddə imzalanmış “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin ratifikasiyası haqqında” qanuna baxılıb.