Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Oruc tutmağın insan üçün önəmli faydaları…

2 ay ago
A A
dc029f87ea6b9f48c44bfb48cc81d3e6

Ramazan mənəvi cavanlaşma ayı sayılır. İslamın beş şərtlərindən biri olan orucluğa düzgün yanaşılsa, ondan çoxsaylı faydalar əldə etmək olar. Bizim pəhrizlə bağlı vərdişlərimiz dini etiqadımızla həmahəng olanda enerji mənbəyinə çevrilə, bizim şüurumuzu, bədənimizi və ruhumuzu zənginləşdirə bilər.

24News.ge xəbər verir ki, Ramazanda tutulan orucun aşağıdakı üstünlükləri var:

Orqanizmin istirahəti:

İftar ərəfəsində adam özünü süst hiss etsə də, əslində, oruclu olduğu müddətdə daxili orqanlarımız gündəlik yüklənmədən dincəlir. Qida və maye qəbulundan imtina etməklə, beyin qidanın həzm olunması üçün nəzərdə tutulan enerjini orqanizmin digər funksiyalarına yönəldir.

Detoksikasiya. Orqanizm həzm prosesindən dincələn zaman, əsas diqqəti bədənin toksinlərdən təmizlənməsinə və özünübərpaya yönəldir.

Xroniki xəstəliklər riskinin azalması: Amerika Müalicəvi Qidalanma Jurnalında dərc olunmuş Krist A. Varadi və Mark K. Hellerstaynın başçılığı altında aparılmış “Alternativ ac qalma və xroniki xəstəliklərin profilaktkası: heyvanlar və insanlar üzərində aparılan sınaqların icmalı” adlı tədqiqat haqda məqaləyə görə, Ramazan ayında tutulan oruca analoji olaraq bir həftə ərzində fasiləsiz şəkildə saxlanılan pəhriz ürək-damar xəstəlikləri, diabet və xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

Beynin müdafiəsi: Kaliforniyanın Skripps Elmi-Tədqiqat İnstitutunun immunologiya və mikrobiologiya kafedrasının Alirezai M.İ və digər alimlərin (Alirezaei M1, Kemball CC, Flynn CT, Wood MR, Whitton JL, KiossesWB.) başçılığı altında apardığı tədqiqat göstərib ki, oruc tutan zaman insanın orqanizmində beynin hüceyrədaxili immunitet mexanizmi işə düşür. Bu isə öz növbəsində beyin hüceyrələrinin stress faktorlarından qorunma funksiyasını aktivləşdirir.

Tədqiqatda qeyd olunur ki, oruc tutan zaman ac qalmaqla insanın bədənində “neyron autofagiya” mexanizmi işə düşür. Bu mexanizmə görə, ac qalan vaxt, hüceyrələr zədəli orqanelləri və köhnə zülalları məhv etməklə özünü bir növ detoksikasiya edir, zərərli zərrəciklərdən təmizləyir.

Başqa bir tədqiqata görə, ac qalmaq beynin neyrotrofik faktorunu (brain neurotrophic factor BDNF) artırır. Bu isə hafizənin güclənməsinə, öyrənmə prosesinin yaxşılaşmasına, analitik bacarıqların artımına vəsilə olur. Aşağı BDNF səviyyəsi daha çox altsheymerdən əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qida həzmində iştirak edən hormonların nizamlanması:

Oruc tutan adamın orqanizmində insulin, leptin və qrelin normal səviyyəyə düşür. İnsulin qanda şəkər səviyyəsini normada saxlamağa imkan verən hormondur, leptin toxluq, qrelin isə aclıq hormonudur. Bu hormonların miqdarının nizamlanması o anlama gəlir ki, bədən həmin hormonlara daha həssas olur və orqanizmin öz funksiyalarını yerinə yetirməsi üçün külli miqdarda hormona ehtiyac qalmır.

İnsulinə qarşı tolerantlıq diabet şəklində özünü biruzə verə bilər, leptin və qrelinə qarşı tolerantlıq isə piylənməyə yol aça bilər. Mədənin qrelin hormonu iştahı artırır, eyni zamanda, beyində yeni hüceyrələrin artımını stimullaşırır, onu qocalmanın fəsadlarından qoruyur. Oruc tutan bəzi adamların, oruc vaxtı diqqətlərinin itiləşməsini demələrində bu baxımdan həqiqət var.

Aclıq hormonu sayılan qrelinin iş mexanizmi belədir: bir neçə saat ac qaldıqdan sonra, yəni mədə tam boşaldıqdan sonra, bu prosesə cavab olaraq qanda qrelinin miqdarı artır.

Ayrı-ayrı tədqiqatlarda isbat olunub ki, yüksək qrelin səviyyəsi qavrama, öyrənmə, hafizəyə müsbət təsir göstərir, beyində neyron bağlarının miqdarını artırır; neyron bağlar, məlum olduğu kimi, insanın analitik bacarıqlarının artırılması baxımından əsas mexanizm sayılır.

Böyük Britaniyanın Suonsi Universitetindən olan Ceffri Devis və onun komandası qrelinin beyin hüceyrələrinin parçalanması və çoxalması prosesini – yəni neyrogenezi stimullaşdırdığına dair daha bir elmi sübut tapıb. Onlar laborator şəraitdə beynin hüceyrələrinə hormon əlavə edən zaman bunun (neyrogenez prosesini işə salan) fibroblastların artımı faktorunu aktivləşdirdiyini görüblər. Qrelinin bu effekti C.Devisin dediyinə görə, hafizəyə yaxşı mənada təsir göstərir. Alimin başçılığı altında aparılan tədqiqatın nəticələri Britaniya Neyro-Elmi Assosasiyasının Konfransında təqdim olunub.

Hesab olunur ki, beynin gənc hüceyrələri yeni yaddaşın formalaşmasına vasitəçilik edir. Bu, cavan beyin hüceyrələrinin impulslara daha çevik reaksiya verməsi ilə izah olunur.

“Bu neyronlar qocalardan fərqli olaraq, daha asan aktivləşir və yeni xatirələrin hafizəyə həkk olunması prosesində iştirak edir”,- deyə Devis bildirib.

Bu hələ harasıdır, məhdud kalorili pəhriz həm də ömrü uzadır

Bu tədqiqatların nəticəsi bir sıra neyrodegenerativ xəstəliklərin, o cümlədən, Parkinson xəstəliyinin müalicəsində mühüm rol oynaya bilər. Parkinson xəstəliyi zamanı, məlum olduğu kimi, beyin hüceyrələri itirilir. Buna qədər aparılmış tədqiqatlar, o cümlədən, Devisin tədqiqat qrupunun apardığı elmi təcrübələr göstərib ki, qrelin Parkinson xəstəliyinin bir formasından qorunmağa kömək edə bilir.

Növbəti eksperimentlərin gedişində Devisin komandası qrelinin Parkinson xəstəliyini təqlid etməsi təklif olunan beyin hüceyrələrini mühafizə etdiyini üzə çıxarıb. Devisin həmkarı Amanda Hornsbi təcrübədə iştirak edən demensiyalı 28 könüllünün hər birinin qanında qrelin miqdarının normadan aşağı olduğunu müəyyən edib. Tədqiqatın nəticəsi onu göstərir ki, qrelin və oxşar şəkildə fəaliyyət göstərən digər kimyəvi maddələrdən Parkinson xəstəliyinin müalicəsində istifadə etmək olar.

Fasiləli oruc:

Müntəzəm olaraq pəhriz saxlayan insanlarda (qəbul etdiyi kalorilər tövsiyə olunan gündəlik rasiondakından 25 faiz az olan pəhriz nəzərdə tutulur) qanda normal şəkər səviyyəsi müşahidə olunur. Bu cür qidalanma həm də, koqnitiv bacarıqları yaxşılaşdırır. Habelə, alimlər bu məsələdə iki cəbhəyə bölünür. Bəzi tədqiqatçılar aşağı kalorili pəhrizin, əksinə, insanın zehnini zəiflətdiyini iddia edir.

Məhdud kalorili pəhrizin bəzi faydalarından yararlanmağa çalışan insanlar fasiləli oruc tutur. Məsələn, 5-2 sistemi ilə; yən beş gün ərzində normal qida rasionu qəbul edirlər, növbəti iki gündə isə aşağı kalorili qidalarla qidalanırlar (günə təxminən 500 kalori), beləcə orqanizmdə qrelin miqdarını artırırlar. Almaniyanın Münhen Texniki Universitetindən olan Nikolas Kunatın bildirdiyinə görə, yeni beyin hüceyrələrinin daha effektiv fəaliyyətinə bir neçə gün və ya həftə tələb olunur. Ona görə insanlar müvəqqəti aclığın onların zehni qabiliyyətlərini dərhal artıracağını gözləməməlidirlər.

Son xəbərlər

ilhammm

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 May 2023
turan tovuz

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb

30 May 2023
xankendi166012

Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

30 May 2023
Zengezur98-900x506

Zəngəzur dəhlizi üçün danışıqlar başlayır – Qriqoryan

30 May 2023
1685442713_445552118_0_0_801_451_1920x0_80_0_0_03808ecd3c7d2bb598e2db855513aa46

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.