Dünyanın dörd bir yanında milyonlarla müsəlmanın oruc tutduğu Ramazan ayı 1 mart 2025-ci ildə başladı.
Bəs oruc tutmaq sağlamlığa necə təsir edir? 30 gün oruc tutan bir insanın bədənində nələr baş verir?
Ən çətin günlər ilk günlərdir, çünki insan bədəni oruc tutduğunu, son yeməkdən 8 saat sonra, bağırsaqlar bütün qida maddələrini həzm etdikdə hiss etməyə başlayır.
Bədən növbəti mərhələdə enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlikoza yönəlir.
Qlikoza istehsal edildikdən sonra bədən növbəti enerji mənbəyi kimi bədəndəki yağlardan istifadə etməyə başlayır.
Yağların yandırılması, çəki itirməyə, xolesterol səviyyəsini azaltmağa və şəkərli diabet riskini azaltmağa kömək edir.
Bununla yanaşı, qan şəkərinin düşməsi nəticəsində bədəndə halsızlıq və uyuşma baş verə bilər.
Açlıq səviyyəsi ən yüksək olduğu zamanlarda isə baş ağrısı, ürəkbulanma və ağız qoxusu da simptomlar arasında yer alır.
3-7-ci gün: Su içməyə diqqət
Bədən oruca alışmağa başlayır. Yağları istifadə edib, qan şəkərinə çevirir. Sahur və iftar arasında su içilməsi azaldığı üçün bədəndə tər ifrazı artır və maye itkisi çoxalır.
İftar və sahurda yeməklərdə karbonhidrat və bəzi yağların lazımi miqdarda alınması enerji istehsalı üçün vacibdir. Balanslı pəhrizlə zülal, duz və su kimi bəzi qidaların alınması əhəmiyyətlidir.
8-15-ci gün: Bədən oruca alışır
Bədəniniz artıq üçüncü mərhələyə keçib və oruca tam uyum təmin edib.
İngiltərədəki Kembric Universiteti Xəstəxanasının Anesteziya və Yoğun Baxım üzrə Müşaviri Dr. Razeen Mahroof bildirib ki, bu mərhələnin bədəndə bəzi müsbət təsirləri var:
“Ənənəvi həyatımızda çox daha kalorili qidalar qəbul edirik və bədənimiz xəstəlikləri aşmaq kimi vacib funksiyaları yerinə yetirə bilmir. Oruc zamanı bu balans bərpa olunur. Bədən daha vacib funksiyalarına yönəlir, infeksiyalarla mübarizə aparmaq və xəstəliklərdən sağalmaq daha asanlaşır.”
16-30-cu gün: Detoks dövrü
Ramazan ayının ikinci yarısında qalın bağırsaqlar, böyrəklər və dəri toksinlərdən təmizlənməyə başlayır.
Dr. Mahroof bu dövrdə orqanların maksimum gücündə işlədiyini deyir. Onun sözlərinə görə, yaddaş və konsentrasiya güclənir, enerji artır:
“Oruc, əzələləri qoruyarkən, çəki itirməyə də kömək edir. Lakin oruç dövrü günlərlə və həftələrlə uzandıqda bədən aclıq moduna keçir və enerji üçün protein istifadə etməyə başlayır, bu da əzələlərə yönəlməyə səbəb olur.”
Oruç sağlamlığa faydalıdırmı?
Dr. Mahroofa görə, orucç sağlamlığa faydalıdır, amma uzun sürməməlidir:
“Oruc tutmaq, nəyi və nə zaman yediyimizə fokuslanmağımıza kömək etdiyi üçün sağlamlığa faydalıdır; amma bir aylıq dövrü uzadıb, davamlı oruc tutmağı tövsiyə etmirik.
Orucu uzatmaq, uzun müddətdə yağın enerjiye çevrilməsini əngəlləyir və bədən enerji mənbəyi kimi əzələlərə yönəlir. “Aclıq moduna” keçdiyi zaman, uzun müddətdə çəki itirməyi çətinləşdirərək sağlamlığa mənfi təsir edir.”
Ramazan dövrü xaricində oruc tutmaq istəyirsinizsə, Mahroof 5:2 pəhrizini təklif edir.
Bu, həftədə 5 gün normal qidalanıb, 2 gün oruc tutmaq deməkdir.