Qana Prezidenti Nana Akufo-Adda hökumət nazirləri ilə birlikdə yanacağın qiymətinin artması fonunda maaşlarını 30% azaldıb.
“Qərb Xəbər” məlumat verir ki, hökumət yüksək vəzifəli məmurlar üçün xərcləri azaltmaqla təxminən 400 milyon dollar qənaət etməyi planlaşdırır. Bura maaşların azaldılması ilə yanaşı, xaricə səfərlərin dayandırılması və avtomobillərin alınması da daxildir.
Haruna İddrisunun rəhbərlik etdiyi ölkə müxalifəti elan edilən tədbirlərin populizm olduğunu bildirib. / Report