ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə Çinlə böyük ticarət sazişi bağlamağı planlaşdırır.
Qerbxeber.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban M1 telekanalına müsahibəsində bildirib.
Orbanın sözlərinə görə, Çinlə bu ticarət sazişi iki ölkə arasında son illərdə xeyli çətinləşən münasibətləri normallaşdırmaq məqsədi daşıyır.
Macarıstanın Baş naziri qeyd edib ki, iki böyük iqtisadi güc arasında tərəfdaşlıq bütün dünya üçün faydalıdır. O qeyd edib ki, Almaniya, Çin, Cənubi Koreya və Amerika kapitalının “ölkə daxilində əməkdaşlıq etməsi” Macarıstan üçün də yaxşı olardı.